“AzerTürk-XXI.TTC.SAN” MMC-yə məxsus 1087 kq “Tat” əmtəə nişanlı manna yarması tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. Bu barədə 9 iyun tarixində Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Məlumata əsasən, məhsullardan götürülmüş nümunələrin laboratoriyada aparılmış ekspertizası nəticəsində bağırsaq çöpü qrupu bakteriyalarının miqdarının normadan artıq olduğu müəyyən olunub.