Ötən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə mayın 31-də DİN-dən məlumat verilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılıb.
Avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.