Ötən gün 46, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin üstü açılıb. Bu haqda iyunun 10-da DİN-in mətbuat katibi xəbər yayıb.
Ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılıb. Avtomobil yollarında ölümlə nəticələnən 3 qəza hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.