top
İtaliyadan Türkiyəyə: May ayında isti olan Avropanın səkkiz gözəl şəhəri
05 aprel 2025, 23:00
- ↺ +

İtaliyadan Türkiyəyə: May ayında isti olan Avropanın səkkiz gözəl şəhəri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


May ayı Avropanın məşhur şəhərlərinə səyahət etmək üçün ən əlverişli dövrlərdən biridir. Həm turist axınının hələ pik həddə çatmaması, həm də temperaturun 25°C ətrafında olması bu dövrdə rahat və xoş istirahət etməyə imkan yaradır.


Qaynarinfo.az xəbər verir ki, "The Independent" nəşrinin ekspertləri may ayında günəşli və isti havaya sahib səkkiz Avropa şəhərini seçib.


1. Qozo, Malta (ortalama temperatur +24°C, günəşli saatlar - 9)


Malta arxipelaqına aid Qozo adası əsas ada ilə müqayisədə daha sakit və rahat istirahət təklif edir. Buraya 45 dəqiqəlik bərə səfəri ilə çatmaq mümkündür. Adada Aralıq dənizinin füsunkar mənzərələri, yerli mətbəx və kənd yollarında gəzinti imkanı var. 67 kvadrat kilometr sahəyə malik Qozo adasında 15 avtobus marşrutu fəaliyyət göstərir. Adanın mərkəzi şəhəri olan Rabatda (və ya Viktoriya) orta əsrlərə aid sitadellər, "Qran-Kastello" tarixi evi, Qozo arxeologiya muzeyi və Qozo katedrali yerləşir.


2. Sevilya, İspaniya (ortalama temperatur +26°C, günəşli saatlar - 8)


Əndülüsün paytaxtı olan Sevilya həm tarixi, həm də müasir memarlığı ilə seçilir. Burada yerləşən 16-cı əsrə aid qotik Sevilya katedrali UNESCO-nun dünya irsi siyahısına daxildir və Mavrlar dövründə inşa edilib.


3. Saloniki, Yunanıstan (ortalama temperatur +25°C, günəşli saatlar - 8)


Saloniki həm dəniz mənzərələri, həm də mədəni şəhər atmosferi axtaranlar üçün ideal seçimdir. Şəhərin simvolu sayılan Ağ qüllə dəniz sahilində yerləşir. Burada həmçinin IV əsrə aid Qalerius tağı və Rotonda kimi tarixi abidələr var. Orta əsrlərdə inşa edilmiş Saloniki divarları isə şəhərin tarixini yaşadır. Şəhərin əsas küçəsi Eqnatia restoranları, mağazaları və gecə həyatı ilə turistlərin diqqətini çəkir.


4. Bodrum, Türkiyə (ortalama temperatur +27°C, günəşli saatlar - 11)



Egey dənizinin firuzəyi sularına açılan Bodrum yarımadası may ayında çimərlik istirahəti üçün ideal məkandır. Burada 15-ci əsrə aid Bodrum qalası yerləşir ki, bu da UNESCO tərəfindən qorunan abidələr siyahısına daxildir. Şəhər eyni zamanda canlı restoranları, barları və gecə həyatı ilə də məşhurdur.


5. Formentera, İspaniya (ortalama temperatur +24°C, günəşli saatlar - 9)


Balear adalarının ən kiçiyi olan Formentera, İbizanın cənub-şərqində yerləşir və daha sakit atmosferi ilə tanınır. Burada gözəl çimərliklər, firuzəyi sular və turistik şəhərciklər var. Adanın əsas məkanları arasında La-Savina, Es-Mijorn, Kala-Saona, Es-Pujols və El-Pilar-de-la-Mola yer alır. Buraya bərə ilə getmək mümkündür və ekoloji balansı qorumaq üçün yay aylarında nəqliyyat vasitələrinin sayı məhdudlaşdırılır.


6. Sorrento, İtaliya (ortalama temperatur +26°C, günəşli saatlar - 8)


Neapol körfəzinə açılan mənzərəsi ilə məşhur olan Sorrento tarixi və gözəl təbiəti ilə turistləri cəlb edir. May ayında burada portağal və limon ağacları çiçəklənir və şəhər hələ yay aylarındakı qədər izdihamlı olmur.


7. Protaras, Kipr (ortalama temperatur +26°C, günəşli saatlar - 10)


Kiprin şərqində yerləşən bu kurort şəhəri, geniş çimərlikləri və sahil boyunca gəzinti yolları ilə məşhurdur. Əncir ağacı körfəzi (Fig Tree Bay) burada ən populyar sahil məkanlarından biridir. Həmçinin gecə həyatı ilə tanınan Ayia Napa şəhəri Protarasdan cəmi 15 dəqiqəlik məsafədə yerləşir.


8. Kaşkaiş, Portuqaliya (ortalama temperatur +23°C, günəşli saatlar - 9)


Lissabondan cəmi 40 dəqiqəlik məsafədə yerləşən bu şəhər XIX əsrə aid Casa-de-Santa-Maria malikanəsi və Santa-Marta mayak muzeyi kimi mədəni abidələri ilə tanınır. Burada açıq hava fəaliyyətlərinə yürüş, kayak, sükanlı sörf və paraşütlə uçuş daxildir. Kaşkaiş həmçinin məşhur qolf sahələri ilə də seçilir.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər