İyun ayında zəhərlənməyə görə 9 nəfər dünyasını dəyişib. Bu haqda iyulun 1-də Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Həmin müddət ərzində zəhərlənmə ilə bağlı 844 nəfər müraciət edib. Onlardan 170-i Toksikologiya şöbəsinə qəbul edilib.
Vətəndaşların dərmandan, sirkə turşusundan, dəm qazından, göbələkdən, etil spirtindən və kimyəvi məhluldan zəhərləndikləri məlum olub. Bəziləri isə ilan və həşərat sancmasına görə xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 69-u qadın, 92-si kişi, 9-u uşaq olub.