2011-ci ildə güclü leysan nəticəsində Kopenhagen su altında qaldı. Dəymiş zərərin miqdarı 1,6 milyard avroya çatdı. Lakin Danimarka sadəcə zərəri aradan qaldırmaqla kifayətlənmədi— şəhəri dəyişdirmək qərarına gəldi.
Insanoid.com xəbər verir ki, (Kalvebo Brüge) "Kalvebod Brygge" ərazisində 10.000 kubmetr su tutumu olan tunel inşa edildi. Şəhərdə yağıntını “udaraq” daşqınların qarşısını alan "süngər parklar" salındı.
Yollar və səkilər elə layihələndirildi ki, yağış suları xüsusi toplanma sahələrinə yönləndirilir və küçələrdə toplanmır.
Kopenhagen anladı ki, yağışa qalib gəlmək mümkün deyil. Amma onunla dostlaşmaq olar.