“Zəngin hövzələr” layihəsi çərçivəsində İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə körpə nərə balıqları Kür çayına buraxılıb. Bu haqda iyunun 10-da APA məlumat yayıb.
İyun ayının sonunadək 565 000 nərə balığının Kür çayına buraxılması planlaşdırılır.
“Zəngin hövzələr” layihəsi çərçivəsində 2021-ci ildə 6 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.