Kürdəmir rayon sakinindən "Kalaşnikov" markalı avtomat silahı götürülüb. Bu barədə 13 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məhəmməd Şəfiyev saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 24 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb.