Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb. Bu haqda mayın 28-də Report məlumat yayıb.
Fakt üzrə “Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” maddəsilə cinayət işi başlanılıb.
İşlə bağlı şahidlər dindirilib və müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, mayın 27-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu - əsgəri Laçın rayonu ərazisində qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində bədən xəsarətləri alaraq ölüb.