Ötən gün Laçında minaya düşən şəxslərdən biri ölüb. Bu barədə 22 oktyabr tarixində APA məlumat verib.
Məlumata əsasən, Suarası kəndində təmir-tikinti işləri aparan zaman minaya düşən Elsevər Həmidov müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, ötən gün Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.