Lerik sakini qohumunu güllələyib. Bu barədə 4 noyabr tarixində APA məlumat verib.
Noyabrın 2-də Lerik rayonunun Veri Əliabad qəsəbəsində yaşayan L.Rəhimov həyətində pnevmatik tüfənglə ehtiyatsız davrandığından açılmış atəşdən qohumu T.Rəhimova xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşları tərəfindən S.Rəhimovdan tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.