Portuqaliyalı "Liverpool" futbolçusu Diogu Jota İspaniyanın qərbində, Samora vilayətində baş vermiş avtomobil qəzasında həlak olub. Bu barədə Marca nəşri məlumat yayıb. Futbolçunun 28 yaşı var idi. Hadisə nəticəsində "Liverpool" oyunçusunun qardaşı da həyatını itirib.
Jota "Liverpool" klubundakı çıxışları ilə məşhurlaşıb. Bu komandanın heyətində İngiltərə çempionu olub, ölkə kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb. Diogu "Liverpool"da 2020-ci ildən çıxış edirdi. O, bundan əvvəl “Vulverhempton”, Madrid “Atletiko”su, “Portu” və “Paçuş de Ferreyra” klublarında oynayıb.
Portuqaliya millisinin heyətində isə Jota iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.