Lökbatan qəsəbəsində uzunluğu 1 200, eni 6 metr olan Vilayət Əsgərov küçəsində təmir işləri aparılır. Bu barədə mayın 18-də AAYDA xəbər yayıb.
Yolda yararsız qrunt qazılaraq çıxarılıb, yol əsası işlənilib. Hazırda küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu.
[URIS id=48942]