Bu gündən, iyunun 29-dan 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayır. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.
Seçimlərdə magistraturaya 20 fevral və 29 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarında iştirak edən və minimal tələbləri ödəyən bakalavrlar buraxılırlar.
İxtisaslaşma seçimi iyulun 5-dək aparılacaq.
Bakalavrlar 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə daxil etməlidirlər.