Mayın 4-ü Ağsuda DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edərək "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb. Bu haqda mayın 24-də Report məlumat yayıb.
Telefon zəngini 23 yaşlı ruhi xəstə edib.
Ağsu Rayon Polis Şöbəsində “terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə” maddəsilə cinayət işi başlanılıb.