İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi Zahid Niyazov evə buraxılıb. Bu barədə Oxu.Az mayın 13-də xəbər yayıb.
O, artıq müalicəsini ev şəraitində davam etdirir. Zahid Niyazov hər şeyin yaxşı olduğunu bildirib: “Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam”.
Qeyd edək ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.