Mandarinin içərisində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə 11 yanvar tarixində Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat verib.
19 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Mirheydər oğlu Cavadova gətirilmiş sovqata baxış keçirilən zaman orada olan mandarinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,772 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,791 qram olan narkotik maddə - marixuana, ümumi çəkisi 2,138 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,04 qram olan metadon həbi aşkar olunub.