Masallıda evindən 5 kiloqrama yaxın narkotik tapılan keçmiş məhkum saxlanılıb. Bu barədə mayın 26-da Report məlumat verib.
Saxlanılan şəxsin üzərindən 10 qrama yaxın heroin götürülüb. Onun yaşadığı evindən isə ayrı-ayrı bükümlərdə ümumilikdə 1 kiloqram 805 qram heroin, 3 kiloqramdan çox marixuana və elektron tərəzi aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.