Masallıda məktəbli qız intihara cəhd edib. Bu barədə 16 yanvar tarixində “Qafqazinfo” məlumat verib.
Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.
Qız xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.