Masallıda fəhlə iş yoldaşını yumruqla öldürüb. Bu barədə iyunun 9-da Baş Prokurorluq məlumat yayıb.
Hadisə iyunun 8-də baş verib. Belə ki, 20 yaşlı Hüseynxan Cəfərov fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı 30 yaşlı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vurub. Nəticədə Qadir Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsilə cinayət işi başlanılıb. Hüseynxan Cəfərov tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.