Masallıda Ərkivan qəsəbəsində 30 yaşlı kişi intihara cəhd edib. Bu haqda mayın 18-də Lent.az məlumat yayıb.
O, yaşadığı evdə özünü asıb. Bunu görən atası dərhal ona müdaxilə edib.
Ata oğlunu huşsuz vəziyyətdə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.