Masallıda istirahət mərkəzində yanğın baş verib. Bu barədə mayın 17-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Şıxlar kəndindəki mərkəzdə ümumi sahəsi 35 m² olan taxta konstruksiyalardan ibarət kotec və yaxınlıqda 2 ağac yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Ərazidəki digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.