Masallıda yol qəzasında 7 yaşlı uşaq xəsarət alıb. Bu barədə 4 noyabr tarixində Report məlumat verib.
İki avtomobilin toqquşması zamanı 2015-ci il təvəllüdlü Əzimov Namaz Fariz oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və alın sümüyünün sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.