Masallı rayonunun Eminli və Ərəb kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. Bu barədə 30 iyun tarixində Report “Azərişıq” ASC-yə istinadən məlumat verib.
Məlumata əsasən, yenidənqurma işləri çərçivəsində 171 abonenti olan Eminli kəndində 5 ədəd komplekt transformator məntəqəsi, 156 abonenti olan Ərəb kəndində isə 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq.
Bildirilib ki, hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Qeyd olunub ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.