“Məşğulluq marafonu”na 642 işəgötürən qoşulub və 4 363 vakansiya elan olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 22 may tarixində məlumat verib.
Keçirilən marafonun məqsədi Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək olmaqdır. Sözügedən kateqoriyadan olan 2 275 şəxs işlə təmin olunub. Onlardan 1 888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür.
İşəgötürənlər, işaxtaran şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış şəxslər linkdən keçid edərək “Məşğulluq marafonu”na qoşula bilərlər.