Maştağa qəsəbəsindəki evlərin birindən 15 min manatlıq oğurluq olub. Bu barədə 31 may tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə mayın 28-də baş verib. Belə ki, sözügedən evdən 15 min manat dəyərində 3 ədəd noutbuk, 3 ədəd domafon, 2 ədəd televizor, videokamera və avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.
Bildirilib ki, şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.