May ayı ərzində tək qida zəhərlənməsindən 16 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib. Bu barədə mayın 24-də mərkəzdən məlumat verilib.
Məlumata görə, əsas zəhərlənmələr meyvə və tərəvəz məhsulları ilə qidalanmadan baş verir: “Buna səbəb isə meyvə və tərəvəz məhsullarına verilən gübrənin tərkibində nitratların və nitritlərin çox olmasıdır”
Bu cür zəhərlənmə hallarında vətəndaşlar, əsasən, mədə nahiyəsində olan ağrılardan, köpdən, ürəkbulanmadan, qusmadan, başgicəllənmədən, ümumi zəiflikdən və ishaldan şikayətlənirlər.