2022-ci ilin may ayı üzrə 73 nəfər dissertasiya müdafiə edib. Bu barədə 7 iyun tarixində APA Ali Attestasiya Komissiyasına istinadən məlumat verib.
Məlumatda qeyd olunub ki, 63 nəfər fəlsəfə doktoru, 9 nəfər isə elmlər doktoru dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
Bildirilib ki, dissertasiya işlərindən 38-i elmi müəssisələrdə, 35-i ali təhsil müəssisələrində müdafiə olunub.