“İnşaatçılar” metrosunda iki və daha artıq vətəndaşa qarşı cibgirlik edən şəxs tutulub. Bu haqda iyunun 4-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Araşdırma zamanı 47 yaşlı Rəhim Qasımovun daha çox ictimai nəqliyyatda fəaliyyət göstərdiyi məlum olub.
O, polisə özünü istedadlı cibgir kimi təqdim edib və cibgirlik peşəsinin onun həyat tərzi olduğunu bildirib.
Bu şəxsin əməllərindən zərərçəkən digər şəxslər də polisə müraciət edə bilərlər.