Siyəzən rayonunda mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda oktyabrın 19-da APA məlumat yayıb.
Rayonun Zarat kəndi ərazisində mikroavtobus aşıb. Nəticədə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.