Daşkəsən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu haqda oktyabrın 21-də Report xəbər verib.
Hadisə rayonun Bayan kəndində qeydə alınıb.
Belə ki, minik avtomobili ilə yük maşını toqquşub. Hadisə nəticəsində 1983-cü il təvəllüdlülər: A.Quliyev və Ə.Rzayeva xəsarət alıblar.
Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.