Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanının iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur. Bunu iyunun 2-də Təhsil İnstitutunun rəsmisi Nurlan İsmayılbəyli "Təhsil masası"nda deyib.
Onun sözlərinə əsasən, vakansiya seçimində əvvəlcə şəhid ailəsi üzvlərinə seçim etmək imkanı veriləcək.
Qurumun nümayəndəsi, həmçinin bu il 8 minə yaxın vakant yerin olacağını bildirib: “Əsasən, musiqi, təsviri incəsənət, kimya, biologiya fənləri üzrə vakant yerlər çoxluq təşkil edir. Müəllimlər seçimdə 8 yer yaza biləcəklər".
Əlavə edilib ki, müddətsiz işə qəbul üzrə müsabiqə bir turda keçiriləcək.