Bu gün, 3 iyun saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb. Bu haqda Təhsil Nazirliyindən məlumat verilib.
Namizədlər 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.
Müsabiqəyə dair daha ətraflı məlumatı keçid vasitəsilə almaq olar.