Münxendə avtomobili izdihamın üstünə 26 yaşlı əfqan mənşəli şəxs sürüb.
Bu barədə “Bild” məlumat yayıb.
Nəşrin məlumatına görə, azı 20 nəfər xəsarət alıb, iki nəfər ciddi xəsarət alıb, onlardan biri ağır vəziyyətdə olan uşaqdır.
Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.
Şahidlər avtomobilin içərisində iki nəfərin olduğunu bildiriblər.
***
14:48
Almaniyanın Münxen şəhərində avtomobil izdihamın üzərinə sürülüb.
Bu barədə “Bild” məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.
İnsidenti törədən şəxs hadisə yerindəcə saxlanılıb.