Naftalanda yeni idman qurğuları sakinlərin istifadəsinə verilib. Bu barədə 26 yanvar tarixində Qafqazinfo.az məlumat verib.
Belə ki, ulu öndərin adını daşıyan parkda, açıq havada müxtəlif idman qurğuları quraşdırılıb. Bu qurğulardan təkcə şəhərin yeniyetmə və gəncləri deyil, həmçinin şəhərə gələn yerli və xarici turistlər də asudə vaxtlarında istifadə edə biləcəklər.
Qeyd edək ki, gələcəkdə şəhərin müxtəlif ərazilərində bu cür idman qurğularının quraşdırılması nəzərdə tutulub.