Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb. Bu barədə Oxu.az 26 yanvar tarixində məlumat verib.
Aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Bu barədə Allahverdiyevanın həyat yoldaşı açıqlamasında bildirib:
“Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat olunub. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.
Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.