Paytaxtın Nərimanov rayonunda evlərdən 113 min manatlıq oğurluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan Niyaməddin Əliyev 4 evdən oğurluq edib. O, ümumilikdə 110 min manat dəyərində qızıl-zinət əşyaları və qiyməti 3 min manat olan xəz dərini oğurlayıb. Onun Yasamalda yerləşən evinə baxış zamanı oğurladığı qızılların və digər əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət İşi başlanılıb, Niyaməddin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.