Narkotik təsiri altında olan taksi sürücüsü saxlanılıb. Bu barədə iyunun 1-də APA xəbər verib.
Belə ki, mayın 31-də “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadə stasionar postda saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçib. Vüqar Süleymanzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib
Onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.