Təhsil naziri Emin Əmrullayev əməkdar müəllimlərin və yaşı 60 və daha çox olanların sertifikasiyaya cəlb edilməsinə münasibət bildirib. Bu haqda iyunun 14-də 1news.az məlumat yayıb.
Onun sözlərinə əsasən, yaşlı nəsildən olanlar məktəbdə dərs deyir və yaxud demək istəyirsə, sertifikasiyadan keçməlidir: “Bunlar dərs prinsipinin gündəminə uyğun olmalıdır”.
Nazir əlavə edib ki, sertifikasiyadan kəsilən müəllim növbəti 1 il ərzində yenidən imtahan verə bilər.