Son bir həftə ərzində paytaxtın Nizami rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb. Bu barədə mayın 24-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onlardan ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılan şəxslər narkotiklərin satışını həyata keçiriblər.
Aşkar edilən bütün faktlarla əlaqədar cinayət işləri başlanılıb. Narkotacirlər barəsində həbs qətimkan tədbiri seçilib.