Dünən, iyunun 5-də Norveçin Stavanger şəhərində keçirilən şahmat üzrə Norway Chess turnirinin beşinci turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov ABŞ-dan olan Uesli Sonu armageddonda məğlub etməyi bacarıb. Teymur Rəcəbov isə Aniş Giriyə məğlub olub. Beş turdan sonra 8,5 xal yığan Şəhriyar 4-cü yerdə, 3 xal yığan Teymur isə 9-cu yerdə qərarlaşıb. Bu gün Məmmədyarov qara fiqurlarla Karlsenə, Rəcəbov isə ağ fiqurlarla Topalova qarşı oynayacaq.
Qeyd edək ki, sözügedən turnirin son qalibi Maqnus Karlsendir. Turnirdə əsas oyunda qalib idmançıya 3 xal verilir. Heç-heçə olan halda aralarında armageddon oynanılır. Burada qalib idmançıya 1,5, məğlub olana isə 1 xal verilir. Yarışın ümumi mükafat fondu 2,5 milyon Norveç kronudur (təxminən 265 min dollar). Qalib idmançı 750 min kron (təxminən 80 min dollar) qazanacaq.