Novxanıda istirahət mərkəzində qısqanclıq zəminində bıçaqlanma baş verib. Bu haqda iyunun 7-də Baş Prokurorluq məlumat yayıb.
İnsident iyunun 6-sı saat 01:00 radələrində qeydə alınıb. İki kişi aralarında yaranan mübahisə zamanı orada istirahətə gələn digər iki kişini qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinənlər həbs edilib.