Xaçmazda kişi odlu silahdan açılan atəş nəticəsində ölüb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 yanvar tarixində xəbər verir.
Ötən gün, saat 23:00 radələrində Xaçmaz rayonunun Laman kəndində Ağyazı Buduq kənd sakini, 35 yaşlı Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.
Hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini, 30 yaşlı Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.
R.Apayev müharibə iştirakçısı olub.
Araşdırma aparılır.