Oğuz rayonunun Xaçmaz kəndində neft məhsullarının qanunsuz satışının qarşısı alınıb. Bu barədə iyulun 2-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Kənd sakini Adil Xəlilov “Yuxarı bazar yeri” adlanan ərazidə yüksək gərginlikli hava elektrik xətlərinin altında neft məhsullarının qanunsuz satışı ilə məşğul olub.
Yanğın təhlükəsizliyi sahəsində aşkarlanan çoxsaylı qayda pozuntularına görə obyektin istismarı dayandırılıb və hazırda faktla bağlı araşdırma aparılır.