Oğuz rayonunda 11-ci sinif şagirdinin dərsdə ölüm faktı ilə bağlı prokurorluq araşdırmalara başlayıb. Bu barədə Report məlumat verib.
Hadisə oktyabrın 18-də rayonun Çaldaş kəndində qeydə alınıb.
Rayon sakini, 2006-cı il təvəllüdlü Əzizova Zarema Əhməd qızı oxuduğu kənd orta məktəbində idman dərsində qəflətən ürək çatışmazlığından ölüb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.