Oğuzda yol qəzası piyada ölümü ilə nəticələnib. Bu haqda iyulun 2-də Report məlumat verib.
Hadisə Xalxal kəndində baş verib.
"VAZ-21015" markalı avtomobil yolu keçmək istəyən kənd sakini Əlavər Lətifovu vurub. O, xəstəxanaya çatdırılıb, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.