Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb, çox sayda nəqliyyat vasitəsi yolda qalıb. Bu barədə 10 yanvar tarixində Report məlumat verib.
Hərəkət, əsasən, şəhərin Heydər Əliyev prospektində məhdudlaşıb.
Belə ki, gecə saatlarında temperaturun xeyli aşağı düşməsi yolların buz bağlamasına səbəb olub. Bu gün səhər saatlarından isə minik avtomobillərinin hərəkətində çətinliklər yaranıb.
[gallery columns="2" link="file" size="full" ids="100918,100919"]