2022-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17,7 milyard manatlıq mallar satılıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 10 iyun tarixli hesabatında əks olunub.
Məlumata əsasən, həmin pulların 9,2 milyard manatı ərzaq məhsullarına, 908 milyon manatı içkilər və tütün məmulatlarına, 7,6 milyard manatı isə qeyri-ərzaq mallarına xərclənilib.
May ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,8 milyard manatlıq mallar satılıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 352,6 manatlıq, o cümlədən 201,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151 manatlıq qeyri-ərzaq malları alıb.