2022-ci il aprel ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10 167 178 nəfərə çatıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 17 may tarixli hesabatında əks olunub.
Hesabata əsasən, ölkə üzrə doğulanların 53%-ni oğlan, 47%-ni isə qız uşaqları təşkil edib. Dünyaya gələn körpələrdən 902-si əkiz, 42-si isə üçəm doğulanlardır.
Bildirilib ki, bu ilin birinci rübündə ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 7,6-ya düşüb.