Son dövrlərdə məişət zorakılığı, erkən nikah və boşanmaların sayı çoxalıb. APA-nın iyunun 10-da yaydığı xəbərə görə, bunu Ombudsman Səbinə Əliyeva deyib.
Onun sözlərinə əsasən, bu artım narahatedici haldır və həmin istiqamətdə maarifləndirici tədbirlər keçirilir.
Ombudsman çıxışında alimentlər haqda da bəhs edib: “Borclu tərəf alimentin mahiyyətini bəzən başa düşmür, əsasən, pulu ödəməkdən yayınmağa çalışır. Bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirilməlidir”.